6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?

Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?

Çalışdığımız dublyaj redaksiyası müntəzəm olaraq aktyorları filmlərin dublyajına cəlb edir. Dublyaj fəaliyyətini həyata keçirən bu aktyorlar VÖEN-i olan şəxslərdir. Gəlir vergisindən 75 faiz güzəştdən istifadə edə bilməyən dublyaj aktyorlarının vergi yükünü azaltmaq üçün bu il Vergi Məcəlləsində hər hansı dəstək nəzərdə tutulubmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.43-cü maddəyə əsasən, filmin istehsalı və dublyajı fəaliyyətini həyata keçirən fiziki şəxslərin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 90 faizi 2025-ci il yanvarın 1-dən 5 il müddətinə gəlir vergisindən azaddır. Buna əsasən, vergi orqanında uçotda olan fiziki şəxslərin həyata keçirdiyi dublyaj fəaliyyətindən əldə etdikləri gəlirlərinin 90 faizi 2025-ci il yanvarın 1-dən 5 il müddətinə gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102.1.43-cü maddəsi

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?