Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?

2025.07.07 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.43-cü maddəyə əsasən, filmin istehsalı və dublyajı fəaliyyətini həyata keçirən fiziki şəxslərin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 90 faizi 2025-ci il yanvarın 1-dən 5 il müddətinə gəlir vergisindən azaddır. Buna əsasən, vergi orqanında uçotda olan fiziki şəxslərin həyata keçirdiyi dublyaj fəaliyyətindən əldə etdikləri gəlirlərinin 90 faizi 2025-ci il yanvarın 1-dən 5 il müddətinə gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102.1.43-cü maddəsi