6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kənd təsərrüfatı məhsullarına görə ödənilən ƏDV məbləğləri necə hesablanır?

Kənd təsərrüfatı məhsullarına görə ödənilən ƏDV məbləğləri necə hesablanır?

Müəssisə kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə məşğuldur. 2022-ci il yanvarın 1-dən 3 il müddətinə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması ilə bağlı Vergi Məcəlləsinə müddəalar əlavə olunub. Dəyişikliyin müddəti bitdiyi üçün artıq kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV tam dəyərə tətbiq edilməlidir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyiciləri tərəfindən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması, bunun üçün kənd təsərrüfatı məhsullarının alışının rəsmiləşdirilməli olması və kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməməsi ilə bağlı Vergi Məcəlləsində müəyyən edilmiş müddətlər 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılıb.

Əsas: Vergi Məcəlləsinin 153.3-cü, 159.1-ci, 174.4-cü və 175.12-ci maddələri

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?