Kənd təsərrüfatı məhsullarına görə ödənilən ƏDV məbləğləri necə hesablanır?

2025.06.25 10:17 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyiciləri tərəfindən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması, bunun üçün kənd təsərrüfatı məhsullarının alışının rəsmiləşdirilməli olması və kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməməsi ilə bağlı Vergi Məcəlləsində müəyyən edilmiş müddətlər 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılıb.

Əsas: Vergi Məcəlləsinin 153.3-cü, 159.1-ci, 174.4-cü və 175.12-ci maddələri