6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qeyri-rezidentlərə xalis mənfəətə görə hesablanan vergi ilə bağlı dəyişikliklər

Qeyri-rezidentlərə xalis mənfəətə görə hesablanan vergi ilə bağlı dəyişikliklər

Gürcüstan şirkətinin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ölkəmizdə logistika sahəsində fəaliyyət göstərir. Bu fəaliyyət üzrə əldə edilən gəlirlərdən mənfəət vergisi öhdəliyi yerinə yetirildikdən sonra qalan sərbəst vəsaitdən 10 faiz vergi tutulmaqla baş ofisə köçürülür. Keçən il dividenddən hesablanan vergi 5 faizə endirildi. Bilmək istərdik: qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlik vasitəsilə həyata keçirdiyi fəaliyyətdən əldə etdikləri xalis mənfəətə görə hesablanan verginin dərəcəsinə dəyişiklik nəzərdə tutulurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinin 126-cı maddəsində edilən dəyişikliyə əsasən, qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 5 faiz dərəcə ilə vergi tutulur.

Belə ki, qeyri-rezidentin daimi nümayəndəliyinin həmin qeyri-rezidentə köçürüldüyü xalis mənfəətdən ödəmə mənbəyində tutulan verginin dərəcəsi 1 yanvar 2025-ci il tarixdən etibarən 10 faizdən 5 faizə endirilib.

Əsas: Vergi Məcəlləsinin 126-cı maddəsi

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?