Qeyri-rezidentlərə xalis mənfəətə görə hesablanan vergi ilə bağlı dəyişikliklər

2025.05.30 10:42 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinin 126-cı maddəsində edilən dəyişikliyə əsasən, qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 5 faiz dərəcə ilə vergi tutulur.

Belə ki, qeyri-rezidentin daimi nümayəndəliyinin həmin qeyri-rezidentə köçürüldüyü xalis mənfəətdən ödəmə mənbəyində tutulan verginin dərəcəsi 1 yanvar 2025-ci il tarixdən etibarən 10 faizdən 5 faizə endirilib.

Əsas: Vergi Məcəlləsinin 126-cı maddəsi