18 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsi ilə birgə fəaliyyətin perspektivləri müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, IOTA prezidenti Orxan Nəzərli İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsinin sədri Nayl Koudi ilə videoformatda görüş keçirib.

İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsinin sədri Nayl Koudi əvvəlcə Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhərində qəzaya uğraması ilə bağlı kədərləndiklərini bildirib, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün strateji imkanlar, vergi sahəsində əlaqələrin təşviqi və beynəlxalq münasibətlərin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tərəflər Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) çərçivəsində administrasiyalar arasında birgə fəaliyyətin şaxələndirilməsi, vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi məsələlərinə toxunublar. İrlandiyanın Gəlirlər üzrə Komissarlar İdarəsinin vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tətbiq etdiyi həllər, vergi uyğunluğu, məlumat mübadiləsi, gəlir vergisinə yanaşma, rəqəmsal vergi mexanizmləri kimi təcrübələr barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın vergi xidməti tərəfindən tətbiq olunan yeniliklər və İnternet Vergi İdarəsinin imkanları diqqətə çatdırılıb. Qeyd edilib ki, Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində xüsusi platforma yaradılıb və elektron ticarətlə məşğul olan qeyri-rezidentlərin uçota alınmasına başlanıb.

Görüşdə tərəfdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün iqtisadi faydaları vurğulanıb. Tərəflər vergi sistemində tətbiq edilən yeniliklərin biznes təcrübələrinin transformasiyasına və investisiya mühitinə töhfələri barədə fikirlərini bölüşüblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?