18 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DVX-nin rəhbər vəzifəli şəxsləri üçün keçirilən ”Liderlik bacarıqlarının inkişafı” təlimləri yekunlaşıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) çalışan əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi, peşəkarlığının artırılması, əmək fəaliyyətinin yeni çağırışlara uyğun təşkili və səriştələrin inkişafı üçün müxtəlif layihələrin və proqramların tətbiqi diqqətdə saxlanılır. Bu istiqamətdə Dövlət Vergi Xidmətinin ADA Universiteti ilə birgə təşkil etdiyi və 86 nəfər rəhbər işçinin qatıldığı “Liderlik bacarıqlarının inkişafı” üzrə təlimlər başa çatıb. Bununla bağlı ADA Universitetində tədbir təşkil olunub.

Tədbirdə Dövlət Vergi Xidmətinin və ADA Universitetinin rəhbərliyi, layihənin iştirakçıları çıxış ediblər. ADA Universitetinin Akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov universitetin iş prinsipləri və burada təhsilin müxtəlif mərhələləri üzrə təsis edilmiş mərkəzlər barədə danışıb. ADA Universitetinin akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva təhsildə müasir tələblər, peşəkar mühitdə tendensiyalar, idarəetmədə tətbiq edilən innovasiyalar barədə danışıb.

Daha sonra DVX-nin rəisi Orxan Nəzərlinin videomüraciəti təqdim edilib. Müraciətdə layihənin xidmətin gələcək inkişafı və uğurlu fəaliyyətinin təmin edilməsi üçün faydaları, insan resurslarının inkişafı istiqamətində həyata keçirilən təşəbbüslərin və liderlik təlimlərinin əhəmiyyəti vurğulanıb.

DVX-nin rəis müavini Emil Qarayev xidmətin insan resurslarının inkişafına verdiyi önəm və bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat verib. Bildirib ki, müasir dövrdə idarəetmə bacarıqları kompleks səriştələr tələb edir. DVX-nin rəis müavini İlkin Vəliyev isə belə təlimlərin xidmətin peşəkar kadr bazasını daha da gücləndirdiyini qeyd edib. DVX-nin hər zaman öyrənməyi və inkişafı prioritet hədəf seçdiyi diqqətə çatdırılıb.

DVX-nin İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova insan resurslarına yanaşmada tətbiq edilən prinsiplərə toxunub, xidmət tərəfindən müasir çağırışlara uyğun olaraq istedadlı əməkdaşların cəlb edilməsi, inkişafı və mükafatlandırılması proqramlarının tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. DVX-nin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi Elçin Bəylərov təəssüratlarını bölüşərək, proqramın insan kapitalının inkişafında yeni təcrübələr, səriştələr və müasir yanaşmalar aşıladığını diqqətə çatdırıb.
Tədbirin davamında digər iştirakçıların və təlimçilərin çıxışları dinlənilib. Daha sonra “Liderlik bacarıqlarının inkişafı” Proqramını uğurla bitirən DVX əməkdaşlarına sertifikatlar təqdim edilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?