6 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə ilk dəfə qaytarılan ödənişlər açıqlanıb

Azərbaycanda ötən il ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə 69 milyon 248,7 min manat məbləğində artıq ödəmə məbləği vergilərin avtomatlaşdırılmış qaydada qaytarılması mexanizmi vasitəsilə qaytarılıb.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsinin şöbə rəisi Telman Məmmədov bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycanın vergi sistemində bəzi yeniliklər tətbiq olunub: “Bunlardan biri də dövlət büdcəsinə artıq ödənilmiş məbləğlərinin qaytarılması üçün yaradılan yeni mexanizmdir. Bu mexanizm ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin artıq ödəmə məbləğləri nəzarət tədbirlərinə məruz qalmadan çevik şəkildə qaytarılmasını nəzərdə tutur”.

O əlavə edib ki, bu mexanizm Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergitutma” İşçi qrupunun müvafiq Yol Xəritəsi çərçivəsində apardığı işlər çərçivəsində tətbiq olunub: “İşçi qrupun vergi inzibatçılığının effektivliyinin artırılması ilə bağlı apardığı müzakirələrin və müvafiq təşəbbüslərinin nəticəsi olaraq 2024-cü ildə ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün artıq ödəmə məbləğləri daha sadələşdirilmiş şəkildə qaytarılması prosesinə start verilib”.

T. Məmmədov vurğulayıb ki, ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin artıq ödəmə məbləğləri barədə ərizələr vergi orqanı tərəfindən hazırlanaraq hər ay təsdiqlənib göndərilməsi üçün vergi ödəyicilərinə təqdim edilir.

Telman Məmmədov

Telman Məmmədov

Şöbə rəisinin fikrincə, artıq ödənilmiş məbləğlərin çevik qaydada qaytarılması ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların maliyyə resurslarının likvidliyinin artırılmasına şərait yaradıb, eyni zamanda, onların inzibati işlərə vaxt itkisinin qarşısını alıb: “Artıq ödənilmiş vergilərin avtomatlaşdırılmış qaydada qaytarılması mexanizminə əsasən, vergi orqanı tərəfindən belə məbləğlər müəyyən edilərək qaytarılması məqsədəmüvafiq hesab olunan məbləğlər seçilir və sistemdə təsdiq əməliyyatı yerinə yetirilir. Vergi orqanının təsdiqi nəticəsində ödəyicinin elektron kabinetində tərtib edilmiş ərizə məlumatları avtomatik əks olunur və vergi ödəyicisinə bildiriş göndərilir. Ərizə vergi ödəyicisi tərəfindən təsdiq, rədd və ya düzəliş (məbləğin azalması, hesabın dəyişdirilməsi) edilə bilər. Ərizə vergi ödəyicisi tərəfindən təsdiqləndikdə müəyyən edilmiş müddət ərzində icra olunması üçün vergi orqanına verilir və müvafiq rəy tərtib edilərək aidiyyəti üzrə göndərilir”.

T.Məmmədov deyib ki, yeni inzibatçılıq mexanizmi ilkin olaraq ixrac fəaliyyəti göstərən vergi ödəyicilərini əhatə etsə də, sonrakı mərhələlərdə digər vergi ödəyicilərinə də şamil olunması nəzərdə tutulur: “Vergi ödəyicilərinin məmnunluğunun artırılması məqsədilə artıq ödənilmiş vəsaitlərin geri alınması prosesini özündə əks etdirən “Vahid elektron lövhə” fəaliyyət göstərir”.

Qeyd edək ki, müraciətlərin icra vəziyyəti barədə statistik məlumatlar DVX-nin rəsmi internet saytındakı “Vahid elektron lövhə”də yerləşdirilib. “Vahid elektron lövhə”də olan məlumatlar sistem vasitəsilə onlayn rejimdə yenilənir. Həmin məlumatla bu linkə keçid etməklə tanış olmaq mümkündür.

Report

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?