18 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Bolqarıstan arasında vergi sahəsində təcrübə mübadiləsi aparılıb

Azərbaycan və Bolqarıstan arasında vergi sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi ombudsmanı xidməti baş idarəsi, Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi, Hüquq baş idarəsi, Vergi ödəyicilərinə xidmət baş idarəsi və digər strukturların əməkdaşlarından ibarət nümayəndə heyəti Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərinə səfər ediblər.

Səfər çərçivəsində Bolqarıstanın Milli Gəlirlər Agentliyinin rəhbər vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirilib. Görüşlər zamanı DVX-nin nümayəndə heyəti tərəfindən milli təcrübə ilə bağlı təqdimatlar edilib. Təqdimatlarda Azərbaycan vergi administrasiyasının təqdim etdiyi xidmətlər, vergi ödəyicilərinin məmnuniyyət səviyyəsinin müəyyənləşdirilməsi, xidmətlərin qiymətləndirilməsi və keyfiyyət səviyyəsinin artırılması metodları, bu sahədə əsas fəaliyyət göstəriciləri və faktiki göstəricilərin uyğunluğunun yoxlanılması mexanizmləri barədə məlumat verilib. DVX-də müştəriyönümlülük prinsiplərinin tətbiqi, istifadəçi təcrübəsi laboratoriyasının (UX-laboratoriya) fəaliyyəti, yaradılmaqda olan proaktiv və situativ xidmətlər barədə məlumatlar Bolqarıstanlı həmkarların diqqətinə çatdırılıb.

Bundan başqa, DVX əməkdaşları Milli Gəlirlər Agentliyinin “Iztok” xidmət mərkəzi ilə tanış olublar. Məhkəmə və məhkəməyə qədər mübahisələrin həlli, inzibati şikayətlərə baxılması, vergi ödəyicilərinə xidmət, kameral vergi yoxlamaları və digər sahələrdə təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər Azərbaycan və Bolqarıstan vergi xidmətləri arasında yeni yaradılmış işçi qrupunun fəaliyyəti çərçivəsində baş tutub.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?