23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Konsaltinq şirkətləri ilə görüş keçirilib

Konsaltinq şirkətləri ilə görüş keçirilib

İyunun 27-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən hüquq və konsaltinq şirkətləri ilə növbəti onlayn görüş keçirilib. Tədbir kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində görülən işlər və tətbiq edilən yeniliklərlə bağlı olub.

DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə dövlət qeydiyyatı sahəsində aparılan islahatlar və yeni imkanlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, bu sahədə 2022-2023-cü illər üzrə həyata keçirilmiş Yol Xəritəsi çərçivəsində biznesin təsis edilməsi praktikası qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilib. Biznesin qeydiyyatının sadələşdirilməsi çərçivəsində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna, Azərbaycan Respublikasının Əmək, Mülki və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanıb.

L.Hüseyn-zadə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi barədə də məlumat verib. Qeyd edib ki, yeni Yol Xəritəsində xarici investisiyalı kommersiya qurumlarının qeydiyyatı ilə bağlı bir sıra yeniliklər tətbiq olunacaq. Görüləcək işlər çərçivəsində bu prosesdə iştirak edən dövlət qurumlarının məlumat bazalarının əlaqələndirilməsi prosesinin əhatə dairəsinin genişləndirilməsi, benefisiar mülkiyyətçinin reyestrinin aparılması ilə əlaqədar texniki şəraitin təmin olunması, kommersiya hüquqi şəxslərə dair məlumatlarda sonrakı dəyişikliyin (təsisçi və rəhbər dəyişikliyi) proaktiv qaydada qeydiyyata alınması imkanının yaradılması nəzərdə tutulur.

Sonra görüş iştirakçıları qeydiyyat sahəsində mövcud problemlər və təkmilləşmə imkanlarını müzakirə ediblər. “Bizcon Audit” MMC-nin direktoru Anar Bayramov, “BHM Hüquq Şirkəti” MMC-nin nümayəndəsi Təhminə İmanova, “Ernst and Young” şirkətinin təmsilçisi Ülkər Fərzəliyeva, “Ekvita” şirkətinin nümayəndələri Orxan Əfəndi və Cahan Bayramova hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində rast gəlinən çətinliklər, o cümlədən nizamnamə kapitalının ödənilməməsi ilə bağlı təsisçi və şirkətin vəzifəli şəxslərinin məsuliyyəti, sanksiyaların tətbiqi, benefisiar məlumatların verilməsi ilə bağlı yeni qanunvericilikdən irəli gələcək tələblər və digər məsələlərdən bəhs ediblər.

Görüşdə biznesin qeydiyyatı ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?