6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Emil Rəhimov: “Ötən il müraciətlərin 62 faizi mikro sahibkarlıq subyektlərindən daxil olub”

Ötən il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış şikayətlər üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən, müraciətlərin 62 faizi mikro sahibkarlıq subyektlərindən daxil olub.

vergiler.az” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin rəis müavini Emil Rəhimov “Vergi və Mühasibatlıq Zirvəsi - 2024” platformasında məlumat verib. Onun sözlərinə görə, şikayətlərin 26 faizi kiçik sahibkarlıq subyektlərinin, qalan hissəsi isə orta və iri sahibkarlıq subyektlərinin payına düşüb: “Bölgüdən də göründüyü kimi, mikro sahibkarlıq subyektlərində uçot baxımından problemlərimiz mövcuddur. Vaxtında və düzgün uçot aparılmır, sənədlər təqdim olunmur. Vergi orqanının müəyyən olunmuş uyğunsuzluqlarla bağlı vergi ödəyicisinə göndərilmiş uyğunsuzluq məktubları vaxtında oxunmur və yaxud da oxunmuş məktublara düzgün cavablar verilmir. Bu da hesablamalarla nəticələnir, yekunda vergi ödəyicilərinin müraciətlərinin artımına gətirib çıxarır”.

E.Rəhimov bu kimi problemlərin aradan qaldırılması üçün vergi ödəyicilərinə vergi orqanı tərəfindən daxil olmuş məktubların vaxtında və düzgün cavablandırılmasını tövsiyə edib: “2023-cü ildə daxil olan şikayətlərin 57 faizi vergi ödəyicisinin müraciətindən sonra təqdim etdiyi dəqiqləşdirmə və izahedici sənədlər nəzərə alınmaqla müsbət həll olunub. Bunlar vergilər hesablanmamışdan əvvəl edilsəydi, şikayətlərin də həcmi çox olmazdı və əlavə iş yükü yaranmazdı. Vergi ödəyiciləri bu məsələlərə diqqət etsələr, daha yaxşı olar. Burada əsas nüans odur ki, mikro sahibkarlıq subyektləri peşəkar mühasib xidmətlərindən istifadə etmirlər və nəticədə çətinliklərlə üzləşirlər. Onlar belə xidmətlərə, həmçinin, məlumatlandırma ilə bağlı vergi orqanlarına müraciət etsələr, daha yaxşı olar”.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?