13 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmtəəsiz əməliyyatlara görə maliyyə sanksiyası tətbiq ediləcək

Vergi Məcəlləsində 1 yanvar 2024-cü ildən qüvvəyə minən dəyişikliklərdən biri də əmtəəsiz əməliyyatlarla bağlıdır. Yeniliyi “vergiler.az”a Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev şərh edir.

Əmtəəsiz əməliyyatlarla bağlı Vergi Məcəlləsində həm redaktə xarakterli, həm də maliyyə sanksiyası ilə bağlı dəyişikliklər edilib. Məcəllənin yeni redaksiyada verilən 13.2.81-ci maddəsində göstərilib ki, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.

Yeni redaksiyaya əsasən, vergi ödəyicisinin bu cür əməliyyatı bilərəkdən və yaxud bilməyərəkdən həyata keçirdiyi hər bir hal əmtəəsiz əməliyyat olaraq qəbul edilir.

Bununla yanaşı, Vergi Məcəlləsinə əmtəəsiz əməliyyatlarla bağlı yeni maddə əlavə edilib. Məcəllənin 58.15-1-ci maddəsinə əsasən, vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:

- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 10 faizi miqdarında;

- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verdikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 20 faizi miqdarında;

- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 40 faizi miqdarında.

Misal: Vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin təqvim ili ərzində ilk dəfə 20.000 manatlıq əmtəəsiz əməliyyat aşkar edilib. Bu halda ona 2.000 manat maliyyə sanksiyası tətbiq ediləcək:

20000 x 10% = 2000 manat.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?