19 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Təqdim edilən mallara görə vergi azadolmasının tətbiqi

Mən Cəbrayıl rayonunda fərdi sahibkar kimi tikinti materiallarının topdansatışı ilə məşğulam. Sabirabad rayonunda fəaliyyət göstərən vergi ödəyicisinə elektron qaimə-faktura təqdim edilməklə satdığım tikinti mallarına görə mənə vergi azadolması tətbiq edilirmi? 
 

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad olunmuş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.

Həmin şəxslər malları (işləri, xidmətləri) işğaldan azad olunmuş ərazidən kənarda fəaliyyət göstərən şəxslərə təqdim etdikləri, o cümlədən Azərbaycan Respublikası ərazisindən ixrac etdikləri halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları onlara şamil edilmir.

Buna əsasən, tərəfinizdən işğaldan azad olunmuş ərazilərdən kənarda fəaliyyət göstərən vergi ödəyicisinə təqdim edilən mallara görə sizə vergi azadolması tətbiq olunmur.

Əsas: Vergi Məcəlləsinin 227.4.2-ci maddəsi

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?