13 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İkiqat vergitutma ilə bağlı mühüm məqamlar

Bəzi hallarda ikiqat vergitutmanın qarşısını almaq məqsədilə qeyri-rezident vergi ödəyicilərindən təsdiqedici sənədlər tələb olunur. Bu məsələlər beynəlxalq sazişlərin tələbləri ilə tənzimlənir. Bəs DTA-05 təqdim edən qeyri-rezidentdən qeydiyyatda olduğu ölkədə ödədiyi vergilər barədə sənədin tələb edilməsi nə ilə bağlıdır? Suala vergi mütəxəssisi Xəyal Feyzullayev aydınlıq gətirib.

X.Feyzullayevin sözlərinə görə, ikiqat vergitutmanın qarşısının alınmasında məqsəd vergidən yayınma hallarının aradan qaldırılması, vergi yükünün azaldılması və vergi öhdəliklərinin müəyyənləşdirilməsidir: “İkiqat vergitutmaların aradan qaldırılması haqqında beynəlxalq sazişlərin inzibatçılıq qaydaları mövcuddur. Həmin məsələlər bu qaydalarla tənzimlənir. Qaydalarda qeyd olunur ki, əgər qeyri-rezident vergi ödəyicisi əvvəllər DTA-04 forması ilə müraciət edib Azərbaycanda ödənilmiş vergilərin təsdiq edilməsi ilə əlaqədar arayış alıbsa və sonradan həmin vergilərin geri qaytarılması ilə əlaqədar DTA-05 forması ilə Azərbaycanda ödənilmiş vergilərin geri qaytarılmasını tələb edirsə, bu zaman bizim vergi orqanları haqlı olaraq həmin qeyri-rezidentdən əvvəl alınmış arayışla əlaqədar məlumatlar tələb edir”.

X.Feyzullayev bunun səbəbini də izah edib. Bildirib ki, ikiqat vergitutmaların məqsədi, əsasən, vergi öhdəliklərinin müəyyənləşdirilməsidir: “Əgər bir şəxs qeyri-rezident kimi Azərbaycanda ödədiyi vergiləri təsdiq etdirirsə, bu o deməkdir ki, potensial olaraq öz ölkəsində həmin vergiləri azaltdırmaq hüququ əldə edir. Ona görə də qeyri-rezident Azəbaycanda ödədiyi vergilərin geri qaytarılması üçün müraciət etdikdə artıq vergi orqanlarında həmin vergi ödəyicisinın vergidən yayınmaya yol verməsi ilə bağlı şübhələr yarana bilər. Həm təsdiq arayışı alıb öz ölkəsində vergiləri azaltdırır, eyni zamanda həmin vergiləri Azərbaycanda geri qaytarmaqla bağlı müraciət edir. Bu, potensial olaraq vergidən yayınmadır. Ona görə də vergi orqanları haqlı olaraq burada əlavə arayış tələb edə bilər ki, qeyri-rezident öz ölkəsindən belə bir sənəd gətirsin”.

Fərqanə ALLAHVERDİQIZI

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?