2 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kimlərə şəhid ailəsi kimi vergi güzəşti tətbiq olunur?

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, şəhid ailələrinə münasibətdə vergi güzəşti nəzərdə tutulub. Atam 1-ci Qarabağ müharibəsi zamanı şəhid olub. Mən dövlət qulluqçusuyam. Bilmək istərdim, yuxarıda qeyd olunanlar nəzərə alınaraq əməkhaqqıma münasibətdə hər hansı azadolma tətbiq edilməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

Beləliklə, muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinizə 800 manat məbləğində azadolma tətbiq ediləcək.

Əsas: Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?