6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?

Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?

Qeyri-neft sektorunda çalışan işçinin yekun hesablanmış aylıq gəlir məbləği 2.500 manatdan çox olarsa, ona vergi güzəşti hansı qaydada tətbiq ediləcək? Məsələn, işdən çıxan işçinin yekun hesablanmış cəmi əməkhaqqı 2.900 manat (istifadə etmədiyi məzuniyyətə görə kompensasiya məbləği – 1.400 manat, əməkhaqqı – 1.500 manat) olub. İşçi məcburi köçkün olduğu üçün onun 100 manat da əlavə güzəşt hüququ vardır. Belə olan halda, gəlir vergisi necə hesablanacaq?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxsin iş yerindən əldə etdiyi əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən istifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilir.

2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin vergi tutulan aylıq gəlirinin məbləği 2.500 manatadək olduqda 3 faiz, 2.500 manatdan 8.000 manatadək olduqda 75 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi, 8.000 manatdan çox olduqda 625 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi qədər tutulur. Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilir.

Həmçinin, Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil olunmur.

Sorğuya cavab olaraq bildirilib ki, işəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları onun ödənildiyi ayın əməkhaqqına əlavə olunmadan ayrılıqda gəlir vergisinə cəlb edilir və bu zaman gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan vergi güzəştlərinin məbləğləri ümumi qaydada çıxılır.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması