23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bağlanan müəssisənin ƏDV qeydiyyatının ləğvi zamanı ƏDV öhdəliyi yaranırmı?

ƏDV qeydiyyatında olan “Star” MMC (ad şərtidir) ləğv edilməsi üçün vergi orqanına müraciət edib. Lakin MMC-nin sahibliyində hər hansı mal qalığı mövcud deyil. Eyni zamanda, cəmiyyətin əvvəlki dövrlər üzrə topdansatış fəaliyyəti ilə bağlı debitor borcları vardır. Belə olan halda, ƏDV qeydiyyatının ləğvi zamanı cəmiyyətin ƏDV öhdəliyi yaranacaqmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən, vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın (o cümlədən malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə) vaxtı ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) vergi tutulan əməliyyatın aparıldığı vaxt sayılır.

Qeyd olunanlara əsasən, əvvəlki dövrlər üzrə təqdim edilən, lakin dəyəri ödənilməyən mallar üzrə yaranan debitor borclar müəssisə ləğv edilən zaman malların təqdim olunması kimi qiymətləndirilir və ƏDV öhdəliyi yaranır.

Əsas: Vergi Məcəlləsinin 159.6-cı və 166.3-cü maddələri

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?