16 Sentyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ticarət əlavəsi üzrə ayın sonuna qalan debitor borc bəyannamədə necə göstərilməlidir?

Fəaliyyəti ərzaq və kənd təsərrüfatı məhsullarının alınıb satılmasından ibarət olan vergi ödəyicisinin aldığı ərzaq məhsulları ƏDV-yə cəlb olunur, kənd təsərrüfatı məhsullarının isə satışı ƏDV bəyannaməsinin müvafiq olaraq 2 nömrəli əlavəsində göstərilir və uçotu qanunamüvafiq qaydada ayrıca aparılır. Bəyannamənin 2 nömrəli əlavəsində qeyd olunan dövriyyə üzrə məbləğ həmin ayda daxil olmadığı halda həmin debitor borc ƏDV bəyannaməsində necə qeyd edilməlidir? Eyni zamanda, kənd təsərrüfatı məhsullarının ticarət əlavəsi ilə alınıb satılması ƏDV bəyannaməsinin 5 nömrəli əlavəsində qeyd olunmursa, vəsait debitor borc kimi bəyannamənin hansı hissəsində göstərilməlidir? 
 

Dövlət Vergi Xidmətindən bildirilib ki, kənd təsərrüfatı məhsullarının təqdim edilməsi zamanı təqdim edilmiş mallara tətbiq edilmiş ticarət əlavəsi üzrə ayın sonuna qalan debitor borc məbləği “Əlavə dəyər vergisinin bəyannaməsi”nin 307.1-ci sətrində əks etdirilir. Həmçinin, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının təqdim edilməsi zamanı təqdim edilən malların dəyəri deyil, yalnız ticarət əlavəsi vergitutma obyektlərinə aid edildiyindən kənd təsərrüfatı məhsullarının təqdim edilməsi üzrə əməliyyatların uçotu “Əlavə dəyər vergisinin bəyannaməsi”nin müvafiq olaraq ticarət əlavəsi üzrə daxilolma məbləği 301.2-ci sətrində, əməliyyatın dəyəri üzrə isə 301-2-ci sətrində aparılır.

VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiQeyri-rezidentə göstərilən xidmət ƏDV-yə cəlb olunurmu? VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiXaricə elektron kitab satışı üçün vergi öhdəlikləri VergiVəsaitlər əvəzləşdirilən zaman məbləğlərin gəlir və xərc kimi göstərilməsi VergiƏlilliyi olan şəxslərin hansı vergi güzəştləri mövcuddur? VergiYemək xərclərinə görə hesablanan sığorta haqları gəlirdən çıxılırmı?