20 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Media və vergi" mövzusunda keçirilən təlimlərə yekun vurulub

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün "Media və vergi" mövzusunda keçirilən təlimlər başa çatıb.

Layihənin məqsədi gənc jurnalistlərin vergi sistemi haqqında ilkin biliklərə yiyələnməsini stimullaşdırmaq, vergi mövzusunda xəbər, təhlil və araşdırmaların kütləvi informasiya vasitələrində daha keyfiyyətli və düzgün işıqlandırılmasını dəstəkləməkdir.

Təlim zamanı vergi sisteminin müxtəlif sahələri ilə bağlı mövzular diqqət mərkəzində olub. Tədbirdə, həmçinin, vergi ilə bağlı xəbər və analitik təhlillərin hazırlanması, informasiya böhranı zamanı vəziyyətdən çıxış yolları, vergi sahəsində məlumatlandırma və maarifləndirmə, sosial media marketinqi, media ilə iş prinsipləri, PR işinin düzgün təşkili ilə bağlı təqdimatlar edilib, praktik məşğələlər keçirilib, tələbə-jurnalistlərin sualları cavablandırılıb.

Bildirilib ki, layihənin gerçəkləşməsi iqtisadi, habelə vergilər haqqında biliklərə malik ixtisaslaşmış gənc jurnalistlərin formalaşması işinə dəstək olmaqla yanaşı, yeni nəsil media işçiləri ilə Vergilər Nazirliyi arasında gələcək əməkdaşlığın təməlini qoyacaq.

Xatırladaq ki, Vergilər Nazirliyi vergilərin ödənilməsi, cəmiyyətdə könüllü vergiödəmə vərdişlərinin formalaşdırılması məqsədilə mütəmadi olaraq məlumatlandırma və maarifləndirmə işləri aparır. Xüsusilə gənc nəslin, o cümlədən tələbələrin vergilər barədə bilik və anlayışlarının artırılması istiqamətində müxtəlif tədbirlər, konfrans və seminarlar təşkil olunur, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar verilir, müsabiqə və olimpiadalar keçirilir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?