15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sertifikatlaşdırma sahəsində nəzarət tədbirləri davam etdirilir

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan akkreditasiya edilən qurumların fəaliyyətinə nəzarəti davam etdirir.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan bir sıra qurumlar tərəfindən uyğunluq sertifikatlarının qanunsuz verilməsi halları aşkar olunub. Belə ki, malın (xidmətin, işin) sertifikatlaşdırılması fəaliyyətini həyata keçirən “Azunisert” MMC tərəfindən müxtəlif təsərrüfat subyektlərinə verilən 26 sayda, “Aqrosert” MMC tərəfindən 4 sayda, “Az-Quality Cert” MMC tərəfindən 10 sayda və “Certus” MMC tərəfindən 11 sayda uyğunluq sertifikatında akkreditasiya sahəsindən kənaraçıxma halları, yəni akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilmədiyi müəyyən edilib.

Həmin sertifikatların ləğvi ilə bağlı şirkətlərə yazılı göstərişlər verilsə də, Dövlət Xidmətinin göstərişləri yerinə yetirilməyib. Müvafiq sahədə qanunvericiliyin tələblərinə əməl etməyən şirkətlər barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun protokollar tərtib edilib və baxılması üçün məhkəmə orqanlarına göndərilib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?