19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məlumat bazalarının əlaqələndirilməsi məsələləri müzakirə edilib

Martın 28-də Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlərlə əlaqədar Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri arasında videokonfrans formatında görüş keçirilib.

Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata əsasən, görüşdə kommersiya hüquqi şəxslərin qeydiyyat prosesini əhatə edən elektron sistemlə bağlı məsələlər müzakirə edilib. Yol Xəritəsinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin, Elm və Təhsil Nazirliyinin rəylərinin və Mərkəzi Bankın ilkin razılığını təsdiq edən sənədin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məktubunun avtomatik qaydada qeydiyyat orqanına təqdim olunması üçün elektron mübadiləni təmin edən texniki imkanın yaradılması nəzərdə tutulur.

Məlumata görə, görüş iştirakçıları Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlər, elektron mübadilənin mövcud vəziyyəti, inteqrasiya imkanlarının yaradılması istiqamətində aparılan işlər, tətbiqi mümkün olan texniki həllər və digər məsələləri müzakirə ediblər: “İnteqrasiya zərurəti yaranmış sənədlərin siyahısı və məlumat mübadiləsini təmin edəcək elektron sistem üçün tələb olunan texniki məsələlər barədə təkliflər səsləndirilib, məlumat bazalarının əlaqələndirilməsi üçün texniki imkanın yaradılması istiqamətində zəruri işlərin görülməsi razılaşdırılıb”.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?