15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nağd pul hesablaşmaları necə rəsmiləşdirilir?

Azərbaycan Respublikasının rezidenti olan hüquqi şəxs həm rezident fiziki şəxsə, həm də qeyri-rezident hüquqi şəxsə göstərdiyi dəmir yolu ilə beynəlxalq daşıma xidmətinin haqqını nağd şəkildə qəbul edib öz bank hesabına mədaxil edə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin müddəalarına əsasən, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Buna əsasən sorğuda qeyd olunan halda, hüquqi şəxs tərəfindən rezident fiziki şəxsə beynəlxalq daşıma xidmətlərinin göstərilməsi müqabilində nağd qaydada pul vəsaitinin qəbulu qanunla nəzərdə tutulmuş qaydada ciddi hesabat blankları ilə rəsmiləşdirilməlidir.

Qeyri-rezident hüquqi şəxsin nümayəndəsi kimi çıxış edən digər şəxs vasitəsilə xidmətin dəyərinin nağd qaydada ödənilməsi ilə bağlı işin faktiki hallarını özündə əks etdirən məlumatlar, tərəflər arasında bağlanılmış müqavilələr və digər təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin Mərkəzi Banka müraciət etməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?