14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gəlir və xərc fərqinin kompensasiya edilməsi

Əvvəllər sadələşdirilmiş verginin ödəyicisi olmuş müəssisə 1 yanvar 2019-cu ildən ƏDV qeydiyyatına alınmış və ƏDV-nin və mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərir. Müəssiəsə sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə gəlir və xərcin uçotunu aparmışdır. Sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə balansında olan avadanlığa qanunla icazə verilən həddən aşağı amortizasiya və təmir xərci normaları tətbiq edilmişdir. Bunun nəticəsində yaranmış fərq mənfəət vergisi ödəyicisi olduğu dövrün gəlirləri hesabına kompensasiya edilirmi?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, bu Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə bu Məcəllənin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir.

Misal:
"A" MMC mənfəət vergisinin ödəyicisi olduğu tarixədək balansında hesabat ilinin sonuna qalıq dəyəri 100.000 manat olan avadanlıqlara görə vergi ili üçün müəyyən edilmiş amortizasiya normasından (20 faiz) aşağı norma (10 faiz), həmçinin onların təmirinə müəyyən olunmuş təmir normasından (5 faiz) aşağı norma (2 faiz) tətbiq etmişdir. Bu halda, aşağı norma tətbiq edilməsi nəticəsində yaranmış və növbəti illərə keçirilmiş ehtiyat məbləğlər belə hesablanacaqdır:

Amortizasiya: (100.000 x 20%) – (100.000 x 10%) = 20.000 – 10.000=10.000 manat;
Təmir: (100.000 x 5%) – (100.000 x 2%) = 5.000 - 2.000 = 3.000 manat.

Müəssisə növbəti ildə mənfəət vergisi ödəyicisi olduğu halda, sadələşdirilmiş verginin ödəyicisi olduğu əvvəlki ilin amortizasiya və təmir xərclərinin növbəti ilə keçirilən məbləğlərini gəlirdən çıxılan xərclərin üzərinə (10.000 manat və 3.000 manat) əlavə edə bilməz.
Əsas: Vergi Məcəlləsi, 121-ci maddə

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?