30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aliment net, yoxsa gross əməkhaqqından tutulmalıdır?

Aliment net, yoxsa gross əməkhaqqından tutulmalıdır?

Mütəxəssislər arasında bu mövzu ilə bağlı fikir ayrılığı var. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov “vergiler.az”a açıqlamasında suala aydınlıq gətirir.

Əslində, yuxarıda qeyd edilən iki variant da yanlışdır. Bu məsələ “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 nömrəli qərarı ilə tənzimlənir.

Qərarın 7-ci bəndinə əsasən, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. İlk baxışdan qərarda vergilər deyildikdə, yalnız fiziki şəxslərin gəlir vergisinin, yoxsa digər icbari ödənişlərin də nəzərdə tutulub-tutulmadığını başa düşmək olmur. Dövlət Vergi Xidmətinin şərhinə görə, “vergilər” dedikdə şəxsin əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər başa düşülür.

Buna əsasən ,alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər tutulduqdan sonra qalan məbləğdən aliment tutularaq onu alan şəxsə ödənilir.

Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları isə aliment ödənildikdən sonra qalan məbləğdən tutulur.

Misal: İşçinin əməkhaqqı məbləği 800 manatdır və dövlət müəssisəsində çalışır. Məhkəmə tərəfindən işçinin aylıq əməkhaqqından 20% aliment tutulması barədə qərar çıxarılıb. Bu halda məcburi tutulmaların aparılmasına və alimentin tutulmasına nəzər yetirək:

Fiziki şəxslərin gəlir vergisi:

800 – 200 = 600 manat.
600 x 14% = 84 manat

Alimentin məbləği:

(800 – 84) x 20 % = 143,2 manat.

Sosial sığorta haqqı:

572,8 x 3 % = 17,18 manat.

İşsizlikdən sığorta haqqı:

572,8 x 0,5% = 2,86 manat.

İcbari tibbi sığorta haqqı:

572,8 x 2 % = 11,46 manat.

İşçiyə çatacaq əməkhaqqı:

800 – (84 + 17,18 + 2,86 + 11,46) – 143,2 (aliment) = 541,3 manat.

Bir sual da budur ki, işçinin iki iş yeri olduqda aliment hər iki iş yeri üzrə ümumi gəlirdən hesablanır, yoxsa əsas iş yeri üzrə gəlirdən?

Ailə Məcəlləsinə əsasən, aliment işçinin əməkhaqqından və başqa gəlirindən tutulmalı olduğu üçün işçi iki yerdə çalışırsa, aliment hər iki iş yeri üzrə ümumi gəlirdən tutula bilər.

Ver­­gi Mə­­cəl­­lə­­si­­nin 102.1.5-ci və “So­­si­­al sı­­ğor­­ta haq­­qın­­da” Qa­­nu­­nun 15-ci mad­­də­­si­­nə əsa­­sən, ali­­ment gə­­lir ver­­gi­­sin­­dən və məc­­bu­­ri döv­­lət so­­si­­al sı­­ğor­­ta haqqın­­dan azad­­dır. Yə­­ni alimenti alan şəx­­sin gə­­liri 500 ma­­nat, alimentin məbləği 200 ma­­natdırsa, onun ver­­gi tu­­tu­­lan gə­­li­­ri 500 ma­­nat ola­­caq.

Ali­­ment əməkhaq­­qı­­nın tər­­kib his­­sə­­si­­nə da­­xil edi­­lən gə­­lir ol­­ma­­dı­­ğı üçün on­­dan işsiz­­lik­­dən sı­­ğor­­ta haq­­qı və ic­­ba­­ri tib­­bi sı­­ğor­­ta haq­­qı da tu­­tul­­mur­­.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?