23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiyada elektron xidmətlər vergi ödəyicilərinin kateqoriyaları üzrə seqmentləşdirilir

Rusiyada elektron xidmətlər vergi ödəyicilərinin kateqoriyaları üzrə seqmentləşdirilir

"Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı"nın "Büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahəsində qarşılıqlı fəaliyyət üzrə yol xəritəsi"nə uyğun olaraq, Rusiya Federasiyasının Federal Vergi Xidməti və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin birgə işçi qrupu yaradılıb. İşçi qrupun 3-5 aprel tarixlərində Bakıda keçirilmiş ilk iclasında iştirak edən Rusiya Federasiyasının Federal Vergi Xidmətinin nümayəndələri vergi orqanlarının nəzarət funksiyalarının həyata keçirilməsi, vergi mübahisələrinin məhkəməyəqədər həlli, transfer qiymətləndirməyə nəzarət, vergi ödəyicilərinin qeydiyyatı, vergi ödəyicilərinə xidmət sahələrində azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar.

Rusiya Federasiyası Federal Vergi Xidmətinin İnteraktiv xidmətlər idarəsinin rəis müavini Dmitri Maraçevski "vergiler.az" portalına təmsil etdiyi qurumun rəsmi internet saytında xeyli miqdarda elektron xidmətlərin təqdim olunmasına baxmayaraq, son vaxtlar kəmiyyətdən keyfiyyətə keçidi prioritet istiqamət kimi qəbul etdiklərini bildirib: "Biz artıq bu xidmətlərin vergi ödəyicilərinin şəxsi kabinetlərinə keçirilməsinə başlamışıq. Məqsəd konkret xidmətlərə tələbatı konkret vergi ödəyiciləri kateqoriyaları üçün seqmentləşdirməkdir". Onun sözlərinə görə, bu zaman fiziki şəxslərə göstərilən xidmətlər başlıca istiqamət kimi seçilib. Çünki vergitutma sahəsində daha az məlumatlı və peşəkarlığı aşağı olan kateqoriya məhz fiziki şəxslərdir. Buna görə də vergilərin hesablanması, bəyan edilməsi və ödənilməsi zamanı suallar və çətinliklər, əsasən, onlarda yaranır.

Vergi ödəyiciləri üçün interaktiv xidmətlər üzrə strategiyaların hazırlanmasından bəhs edən D.Maraçevski, ilk növbədə, bu və ya digər xidmətlərin maliyyə-iqtisadi cəhətdən tətbiqinin məqsədəuyğunluğunun nəzərə alındığını vurğulayıb. O, mobil texnologiyalardan istifadə etməklə interaktiv xidmətlər sahəsində gözlənilən yeniliklərə də toxunaraq bildirib ki, hazırda Federal Vergi Xidməti süni intellektin müəyyən elementlərindən faydalanmağın, "chat-bot"un yaradılmasının üzərində işləyir: "Məqsədimiz vahid əlaqə mərkəzinin (contact center) yüklənməsini azaltmaq və daha çox verilən suallarla bağlı vergi ödəyicilərinə məhz robotlaşmış bir sistemin bələdçi rolunda çıxış etməsinə nail olmaqdır".

Fəxriyyə İKRAMQIZI

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?