12 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Barter əməliyyatına görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilirmi?

Müəssisə “A” şirkətindən aldığı xidmətlərə görə bu xidmətlərin dəyərinin bir hissəsini şirkətin bank hesabına, digər hissəsini isə müəssisənin istehsalı olan məhsullar ilə barter edərək ödəyərsə, bu əməliyyata görə ödənilmiş ƏDV məbləğini əvəzləşdirə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.

Vergi Məcəlləsinin 175.1-ci maddəsinin müddəalarına əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur.

Qeyd olunanlara əsasən, malların barter edilməsi ƏDV-yə cəlb edilən əməliyyat hesab olunur və aparılan əməliyyatların müqabilində tərəflər arasında verilən elektron qaimə-fakturaları üzrə ƏDV-nin məbləğləri ƏDV-nin depozit hesabına ödənildiyi halda həmin məbləğlər əvəzləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 159-cu və 175-ci maddələri

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?