17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tütün məmulatlarına tətbiq edilən aksiz dərəcəsi artırılıb

Dövlət Vergi Xidmətindən bildirilir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci ildən respublikada istehsal olunan aşağıdakı tütün məmulatlarının 1.000 ədədinə tətbiq edilən aksizin dərəcəsi:

• tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri üzrə 35 manatdan 38,5 manata;

• qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları üzrə 12,9 manatdan 14,0 manata qaldırılmışdır.

Respublikada istehsal olunan aksizli malların siyahısına aşağıdakı aksizli mallar əlavə edilmiş və...

- qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər - hər kiloqramına 30,0 manat;

- birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri - hər bir ədədinə 0,25 manat aksiz dərəcələri müəyyən olunmuşdur.

Dəyişiklik nədən irəli gəlir?

Beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla dövlət tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət çərçivəsində aksiz dərəcələrinin mərhələli şəkildə artırılması və optimallaşdırılması nəzərdə tutulur. Ümumdünya Səhiyyə Təşkilatının tütün məhsullarına tətbiq edilən aksiz dərəcələri barədə dərc edilmiş məlumatlarına əsasən, ümumilikdə dünya miqyasında siqaretə tətbiq edilən vergilər ortalama pərakəndə satış qiymətinin təxminən 50%-ni təşkil edir. Bununla yanaşı, aksiz dərəcələri beynəlxalq təşkilatların tövsiyələri, istehlakçıların alıcılıq qabiliyyətinə təsir imkanları nəzərə alınmaqla və sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir etməməsi diqqətdə saxlanılmaqla müəyyən edilmişdir.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?