9 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İdman mərc oyunları üzrə sadələşdirilmiş verginin hesablanması

İdman mərc oyunlarının operatoru üçün oyun iştirakçılarından qəbul edilmiş pul vəsaiti, idman mərc oyunlarının satıcısı üçün isə operatorun ona verdiyi komisyon haqq sadələşdirilmiş verginin vergitutma obyektidir. İqtisadçı ekspert Radil Fətullayev idman mərc oyunları üzrə sadələşdirilmiş verginin hesablanması qaydasını izah edib:

İdman mərc oyunlarının operatoru kimi sadələşdirilmiş vergi oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitinin 6 faizi, idman mərc oyunlarının satıcısı kimi həmin oyunların operatorunun verdiyi komisyon haqqının 4 faizi miqdarında hesablanır.

Misal: Mərc oyunlarının satıcısı Məmmədov Tural oyun iştirakçılarından qəbul edilmiş 30.000 manat pul vəsaitini idman mərc oyunlarının operatoruna təhvil vermiş və bunun müqabilində 1.000 manat haqq almışdır. Bu halda sadələşdirilmiş verginin məbləğləri aşağıdakı kimi olacaqdır:

Operator üçün: 30.000 x 6%= 1.800 manat

Satıcı üçün: 1.000 x 4% = 40 manat

Xatırladaq ki, Vergi Məcəlləsinin 101.5-ci maddəsinə əsasən, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?