8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İşçinin iki güzəşt hüququ olarsa...

İşçinin iki güzəşt hüququ olarsa...

Təcrübədə ən çox rast gəlinən və maraq doğuran aktual məsələlərdən biri əməkhaqqına aid güzəştlərlə bağlıdır. Bəzən bir işçinin gəlir vergisindən iki güzəşt hüququ olur. Bu halda məsələ necə tənzimlənir? Sualı iqtisadçı ekspert Anar Bayramov cavablandırır.

Vergi Məcəlləsinin 102.7-ci maddəsinin tələblərinə uyğun olaraq fiziki şəxsin bu Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.

Misal: Müharibə veteranı və məcburi köçkün olan işçinin əsas iş yeri olaraq çalışdığı dövlət müəssisəsində və ya neft şirkətində aylıq əməkhaqqı 1.000 manatdır. Həmin işçiyə gəlir vergisi hesablanarkən güzəştin ən böyüyü, yəni müharibə veteranı üçün müəyyən edilən 400 manat güzəşt tətbiq edilir.

Gəlir vergisi belə hesablanır:

1.000 manat – 400 manat (güzəşt) - 200 manat (102.1.6-cı maddəyə uyğun güzəşt) = 400 manat

400x14% = 56 manat.

Bəzi güzəştlər var ki, onlardan böyüyü götürülmür, güzəştlər toplanır. İşçinin Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, yəni qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagird və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəlirinə 50 manat məbləğində güzəşt hüququ da olarsa, o zaman bu güzəştlər üzrə məbləğ toplanır.

Misal: Müharibə veteranı olan işçinin himayəsində 3 azyaşlı uşaq var. Onun əsas iş yeri olaraq çalışdığı dövlət müəssisəsində və ya neft şirkətində əməkhaqqı 1.000 manat təşkil edir. Həmin işçiyə gəlir vergisi hesablanarkən güzəştlər toplanır.

Bu halda gəlir vergisi belə hesablanır:

1.000 manat – 400 manat (güzəşt) – 50 manat (102.5-ci maddəyə əsasən güzəşt) - 200 manat (102.1.16-cı maddəyə uyğun güzəşt) = 350 manat

350x14% = 49 manat.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?