21 Aprel 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron qaimə-faktura malların, işlərin, xidmətlərin alınması barədə təsdiqləyici sənəddir

2018-ci il yanvarın 1-dən, statusundan asılı olmayaraq, bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilir. Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin məlumatına görə, bu sistemin tətbiqinə başlanılan dövrdən indiyədək 98.876 vergi ödəyicisi tərəfindən 15.018.890 elektron qaimə-faktura təqdim edilib və əməliyyatların dəyəri 77 milyard manatdan artıq olub.

Elektron qaimə-faktura "Onlayn rejimdə" Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən "Asan imza") vasitəsilə elektron qaydada tərtib edilərək və ya "Lazımi proqramlar"dan istifadə olunmaqla "Oflayn" rejimdə tərtib edildikdən və elektron imza (o cümlədən "Asan imza") vasitəsilə imzalandıqdan sonra malların, işlərin və xidmətlərin alıcısına göndərilir. Sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan alınmalıdır.

Vergi Məcəlləsinin 58.13-ci maddəsinə əsasən, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim olunmuş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Ona görə də sahibkarlara öz fəaliyyətləri ilə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamaq üçün mövcud qanunvericiliyin tələblərinə əməl etmək tövsiyə olunur.

Fəxriyyə İKRAMQIZI

VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri