4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergilərin azaldılmasına görə maliyyə sanksiyaları

Vergiləri vaxtında və tam şəkildə ödəmək hər bir vergi ödəyicisinin borcudur. Lakin bəzi hallarda vergi ödəyiciləri öz öhdəliklərinə məsuliyyətsiz yanaşır, maliyyə sanksiyaları ilə üzləşirlər. Maliyyə eksperti Şəms Hüseynova vergilərin azaldılmasına görə sanksiyaların tətbiq olunması hallarını şərh edir.

Vergi Məcəlləsinin 58.1-ci maddəsinə görə, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılarsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim edilməməklə yayındırılarsa, vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Misal 1. Tutaq ki, hüquqi şəxs olan vergi ödəyicisi 01.01.2021-ci il tarixdə fiziki şəxs ilə müqavilə bağlayaraq sahəsi 50 m² olan qeyri-yaşayış yerini ofis kimi hər ay ödənişi 1000 manata icarəyə götürüb. Bu zaman onun hər rübün sonunda ödəmə mənbəyində vergi (ÖMV) bəyannaməsi təqdim etmək öhdəliyi yaranır.

1000 manat x 14%= 140 manat (bir aylıq ÖMV məbləği)

140 manat x 3 ay = 320 manat (rüblük ÖMV məbləği)

Təqdim olunan bəyannamədə yazılmalı olan məbləğdən az, yəni 300 manat göstəriərsə, cərimə azaldılmış vergi məbləğinin 50%-ni (kameral qaydada hesablanmış əlavə vergi məbləği istisna olmaqla) təşkil edəcək.

320 manat (düzgün ÖMV məbləği)- 300 (azaldılmış ÖMV məbləği) = 20 manat

20 manat x 50% = 10 manat (cərimə məbləği)

Vergi Məcəlləsinin 58.1-1-ci maddəsinə görə, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması vergi ödəyicilərinin vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında aşkar edildikdə, həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Misal 2. Tutaq ki, vətəndaş 01.07.2021-ci ildə oynanılmış lotoreyada 10.000 manat udub. Bu məbləğ ödəmə mənbəyindən gəlir hesab edilir və vergiyə cəlb olunur. Uduş məbləğinə 10% vergi dərəcəsi tətbiq edilməli və büdcəyə ödənilməlidir.

10.000 manat * 10% ( ÖMV vergi dərəcəsi) = 1000 manat ( büdcəyə ödənilməli olan ÖMV məbləği)

Büdcəyə ödənilməli olan ÖMV məbləği – 1000 manat növbəti ayın 20-ə kimi, yəni 20.08.2021-ci ilədək büdcəyə ödənilməlidir. 20.08.2021-ci ilə qədər ödəniş edilməyibsə, bu, büdcə ödənişindən yayınma hesab edilir və (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) məbləğin 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir:

1000 manat * 25%= 250 manat (maliyyə sanksiyasının məbləği)

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması