23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mühasibat uçotu sahəsində qarşıda duran yeni vəzifələr müzakirə olunub

Mühasibat uçotu sahəsində qarşıda duran yeni vəzifələr müzakirə olunub

Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Gənc Mühasiblər İctimai Birliyi (GMİB) arasında görüş keçirilib.

Tədbirdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunun qüvvəyə minməsindən irəli gələn vəzifələr, mühasiblərin peşə fəaliyyətinin inkişafı, peşəkar mühasib sertifikatının əldə edilməsi və bu təşkilata üzv olmasının zəruriliyi, peşəkar mühasib təşkilatları tərəfindən aparılan maarifləndirici tədbirlərin əhəmiyyəti və bu istiqamətdə həyata keçirilən fəaliyyət məsələləri müzakirə olunub. Görüş zamanı tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın istiqamətlərinin müəyyən edilməsi, təcrübə mübadiləsi, qanunvericiliyə dəyişikliklərlə bağlı məsləhətləşmələrin aparılması, fəaliyyət prosesində yarana biləcək problemlərin həllində koordinasiyanın təşkili və vahid yanaşma prinsiplərinin tətbiqi ətrafında fikir mübadiləsi aparılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?