17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aksiz vergisinin bir hissəsi icbari tibbi sığortanın maliyyələşməsinə yönəldilir

 İcbari tibbi sığorta xidmətinin maliyyə mənbələri qanunvericiliklə müəyyən edilib. Mövzunu sığorta mütəxəssisi İlkin İbrahimov şərh edir.

“Tibbi sığorta haqqında” Qanunun 15-ci maddəsində qeyd olunub ki, icbari tibbi xidmətin maliyyələşməsi vətəndaşlardan toplanan sığorta haqları, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu zaman adambaşına 90 manat ödənilməsi nəzərdə tutulub. Qanunda digər maliyyə mənbələri də göstərilib.

“Tibbi sığorta haqqında”Qanunun 15-10.1.6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat icbari tibbi sığorta haqqı tutulur.

Qanunun 15-10.1.7-ci maddəsində isə göstərilib ki, vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı icbari tibbi sığortanın maliyyələşməsinə yönəldilir.

Vergi Məcəlləsinin 190.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına, energetik (alkoqollu və alkoqolsuz) içkilərə və elektron siqaretlər üçün mayeyə aşağıdakı aksiz dərəcələri tətbiq edilir:

  • içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litrinə - 3,2 manat;

  • araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları - hər litrinə 3,2 manat;

  • konyak və konyak materialları - hər litrinə 3,2 manat;

  • şampan şərabı - hər litrinə 2,6 manat;

  • şərablar və şərab materialları - hər litrinə 0,2 manat;

  • pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli - digər içkilər hər litrinə 0,4 manat;

  • siqarlar, ucları kəsilən siqarlar və siqarilla (nazik siqarlar) - 1000 ədədinə 31,0 manat;

  • tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri - 1000 ədədinə 31,0 manat;

  • alkoqollu energetik içkilər – hər litrinə 2,0 manat;

  • alkoqolsuz energetik içkilər – hər litrinə 3,1 manat;

  • siqarlar, o cümlədən ucları kəsilən siqarlar – hər bir ədədinə 1,0 manat;

  • elektron siqaretlər üçün maye – hər litrinə 20,0 manat;

  • bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan) – hər litrinə 0,4 manat.

Fərqanə ALLAHVERDİQIZI

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri