Aksiz vergisinin bir hissəsi icbari tibbi sığortanın maliyyələşməsinə yönəldilir

2021.01.18 10:57 (UTC+04:00)

“Tibbi sığorta haqqında” Qanunun 15-ci maddəsində qeyd olunub ki, icbari tibbi xidmətin maliyyələşməsi vətəndaşlardan toplanan sığorta haqları, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu zaman adambaşına 90 manat ödənilməsi nəzərdə tutulub. Qanunda digər maliyyə mənbələri də göstərilib.

“Tibbi sığorta haqqında”Qanunun 15-10.1.6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat icbari tibbi sığorta haqqı tutulur.

Qanunun 15-10.1.7-ci maddəsində isə göstərilib ki, vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı icbari tibbi sığortanın maliyyələşməsinə yönəldilir.

Vergi Məcəlləsinin 190.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına, energetik (alkoqollu və alkoqolsuz) içkilərə və elektron siqaretlər üçün mayeyə aşağıdakı aksiz dərəcələri tətbiq edilir:

Fərqanə ALLAHVERDİQIZI