9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi güzəşti və azadolmalarını bəyan etməyənlərə xəbərdarlıq olunub

Vergilər Nazirliyi vergi güzəşti və azadolmaları barədə məlumatları uçot-baza sistemində bəyan etməyən vergi ödəyicilərinə xəbərdarlıq göndərib.

Xəbərdarlıqda bildirilir ki, qanunvericilikdə bəzi fəaliyyət sahələrində vergi güzəşti və azadolmalarının tətbiqi nəzərdə tutulsa da, aidiyyəti şəxslərin tərtib etdikləri bəyannamədə bəzi uçot-baza məlumatları əks etdirilmir. Bunlar aşağıdakılardır:

  • əsas və digər fəaliyyət növünün kənd təsərrüfatı məhsullarının istehsalı olması;
  • əsas və digər fəaliyyət növünün uşaq bağçalarının fəaliyyəti ilə bağlı olması;
  • əsas və digər fəaliyyət növünə əsasən təhsil müəssisəsi olmaq;
  • əsas və digər fəaliyyət növünə əsasən səhiyyə müəssisəsi olmaq;
  • əsas və digər fəaliyyət növünə əsasən mədəniyyət müəssisəsi olmaq;
  • əsas və digər fəaliyyət növünə əsasən idman müəssisəsi olmaq;
  • investisiya təşviqi sənədi əldə etmək;
  • sənaye texnologiya parklarının operator və rezidenti olmaq;
  • startap şəhadətnaməsi almaq;
  • KOB klaster şirkəti və onun iştirakçısı olmaq;
  • qeyri-kommersiya təşkilatı (QHT, ictimai birliklər və s.) olmaq.

Xatırladaq ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilib. Məcəllədə nəzərdə tutulmuş vergi güzəşti və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir. Buna görə də Vergilər Nazirliyi vergi ödəyicilərini əlavə maliyyə sanksiyalarına məruz qalmamaları üçün güzəşt və azadolmalar üzrə bəyan edilməli məlumatları bəyannamədə əks etdirməyə çağırır.

Nazirlik vergi ödəyicilərinin nəzərinə çatdırır ki, qanunla müəyyən edilmiş vergi güzəşti və azadolmalarından istifadə hüququ yalnız müvafiq təsdiqedici sənədlər olduğu təqdirdə yaranır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?