Vergilər Nazirliyi vergi güzəşti və azadolmaları barədə məlumatları uçot-baza sistemində bəyan etməyən vergi ödəyicilərinə xəbərdarlıq göndərib.
Xəbərdarlıqda bildirilir ki, qanunvericilikdə bəzi fəaliyyət sahələrində vergi güzəşti və azadolmalarının tətbiqi nəzərdə tutulsa da, aidiyyəti şəxslərin tərtib etdikləri bəyannamədə bəzi uçot-baza məlumatları əks etdirilmir. Bunlar aşağıdakılardır:
Xatırladaq ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilib. Məcəllədə nəzərdə tutulmuş vergi güzəşti və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir. Buna görə də Vergilər Nazirliyi vergi ödəyicilərini əlavə maliyyə sanksiyalarına məruz qalmamaları üçün güzəşt və azadolmalar üzrə bəyan edilməli məlumatları bəyannamədə əks etdirməyə çağırır.
Nazirlik vergi ödəyicilərinin nəzərinə çatdırır ki, qanunla müəyyən edilmiş vergi güzəşti və azadolmalarından istifadə hüququ yalnız müvafiq təsdiqedici sənədlər olduğu təqdirdə yaranır.