7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi testləri YENİ

vergiler.az” oxucuların vergi sahəsinə dair biliklərini yoxlaması və möhkəmləndirməsinə xidmət edən yeni testləri təqdim edir.

1. ƏDV ödəyicisi olan müəssisə hesabat dövrü ərzində 40000 manat dəyərində ƏDV-dən azad olunan və 60000 manat dəyərində ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyat aparmışdır. Müəssisənin ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrünün əvvəlinə debitor borcunun məbləği 30000 manat, hesabat dövrünün sonuna isə 50000 manat olmuşdur. Eyni zamanda, müəssisənin ƏDV-dən azad olunan əməliyyatlar üzrə hesabat dövrünün əvvəlinə debitor borcunun məbləği 20000 manat, hesabat dövrünün sonuna isə 20000 manat olmuşdur. Müəssisə hesabat dövrü ərzində ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilməklə 30000 manat dəyərində (əməliyyatın dəyəri malı təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği isə ƏDV depozit hesabına ödənilməklə) mal (xidmət) almışdır. Alınmış malların 10000 manat dəyərində olan hissəsi yalnız ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlara, 20000 manat dəyərində olan hissəsi isə hər iki əməliyyata sərf edilmiş, lakin əməliyyatlar arasında uçotun ayrıca aparılması mümkün olmamışdır. Hesabat dövrü ərzində aparılmış əməliyyatlarla bağlı müəssisənin dövlət büdcəsinə ödəməli olduğu ƏDV-nin məbləğini hesablayın. Qeyd olunan məbləğlərə ƏDV daxil deyil.

A) 3600 manat

B) 3240 manat

C) 4500 manat

D) 2760 manat

2. Mikro sahibkarlıq subyekti olan müəssisə cari ilin əvvəlinə qalıq dəyəri 20000 manat olan tikilinin təmirinə 1500 manat xərc çəkmişdir. Müəssisə Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş amortizasiya normasının ən yüksək həddini tətbiq etdiyi halda tikilinin cari ilin sonuna amortizasiya ayırmaları çıxıldıqdan sonra qalıq dəyərini hesablayın.

A) 18146

B) 19623

C) 21100 manat

D) 18490 manat

3. 2019-cu ildə gəlir və xərclərinin uçotunu kassa metodu ilə aparan müəssisə 2018-ci və 2020-ci ildə gəlir və xərclərinin uçotunu hesablama metodu ilə aparmışdır. Müəssisə əmlakını 01.10.2018-ci il tarixdə aylıq icarə haqqı 700 manat olmaqla 18 ay müddətinə icarəyə vermişdir. İlk 6 aylıq icarə haqqının 01.10.2018-ci il tarixdə, növbəti 6 aylıq icarə haqqı məbləğlərinin isə 01.04.2019-cu və 01.10.2019-cu il tarixlərdə müəssisəyə ödənildiyini nəzərə alaraq, müvafiq illər üzrə icarə gəlirlərinin məbləğini müəyyənləşdirin.

A) 2018 - 2100 manat, 2019 – 10500 manat, 2020 – 0

B) 2018 – 4200 manat, 2019 - 6300 manat, 2020 – 2100 manat

C) 2018 – 4200 manat, 2019 - 8400 manat, 2020 – 0

D) 2018 – 2100 manat, 2019 – 8400 manat, 2020 -2100 manat

4. Sentyabr ayında ləğv olunmuş müəssisənin (mikro sahibkarlıq subyekti hesab edilməyən) ilin əvvəlinə əsas vəsaitlərinin qalıq dəyəri 80000 manat, ləğv edildiyi tarixə isə 70000 manat olarsa, müəssisənin həmin hesabat dövrü üçün ödəməli olduğu əmlak vergisinin məbləğini hesablayın.

A) 500,0 manat

B) 562,5 manat

C) 750,0 manat

D) 745,0 manat

5. Müəssisənin iyun ayında hasil etdiyi 1200 kubmetr duz üçün dövlət büdcəsinə hesablamalı olduğu mədən vergisinin məbləğini müəyyənləşdirin.

A) 1200 manat

B) 4800 manat

C) 7200 manat

D) 2400 manat

Tərtib etdi: Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü, sərbəst auditor Elşad Hacaliyev

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?