Vladanka Andreyeva: “COP29 Azərbaycan üçün unikal imkanlar yaradır” MÜSAHİBƏ
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “vergiler.az”ın suallarını cavablandırır.
- 2021-2025-ci illər üçün Azərbaycan hökuməti ilə imzalanmış Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə (UNSDCF 2021-2025) sənədinin əsas prioritetləri hansılardır?
- Qeyd etdiyiniz Çərçivə sənədi bir neçə prioritet sahə və nəticələr üzrə əməkdaşlıq üçün istiqamətlər müəyyən edib: əhatəli artım və layiqli iş; sosial müdafiə, keyfiyyətli dövlət və sosial xidmətlər; məlumat əsasında qərar qəbuletmə və siyasət; ətraf mühit və iqlim fəaliyyəti; gender bərabərliyi cəmiyyəti.
- Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq səylərini necə qiymətləndirirsiniz?
- Çox yüksək qiymətləndirirəm. Ölkə müxtəlif sahələrdə, məsələn, yoxsulluğun azaldılması, təhsilin yaxşılaşdırılması, infrastrukturun və səhiyyə xidmətlərinin inkişafı kimi mühüm irəliləyişlər əldə edib.
Proqramlarımız əsasən bir neçə istiqamətə yönəldilib:
kiçik və orta biznesin inkişafını və davamlılığını təşviq etməklə
həssas qruplara dəstək verilməsi; peşə təhsili proqramları və strateji
tərəfdaşlıq vasitəsilə insan kapitalının gücləndirilməsi və əsas
sektorlarda ixtisaslı işçi qüvvəsinin inkişafı, layiqli əmək və
inklüzivliklə bağlı beynəlxalq standartların təşviqi
- Təmsil etdiyiniz qurum Azərbaycanın iqtisadi inkişaf məqsədlərinə xidmət edən hansı dəstəyi göstərir və gələcəkdə bu istiqamətdə daha nə kimi işlərin görülməsi nəzərdə tutulur?
- BMT olaraq müxtəlif təşəbbüslər və tərəfdaşlıqlar vasitəsilə ölkənin iqtisadi inkişafına dəstək verməyə çalışırıq. Hazırda diqqətimiz cəmiyyətin bütün təbəqələrinə fayda verən inklüziv və davamlı iqtisadi inkişafın təşviqinə yönəlib. Proqramlarımız əsasən bir neçə istiqamətə yönəldilib: kiçik və orta biznesin inkişafını və davamlılığını təşviq etməklə həssas qruplara dəstək verilməsi; peşə təhsili proqramları və strateji tərəfdaşlıq vasitəsilə insan kapitalının gücləndirilməsi və əsas sektorlarda ixtisaslı işçi qüvvəsinin inkişafı, layiqli əmək və inklüzivliklə bağlı beynəlxalq standartların təşviqi.
Bundan əlavə, səylərimiz kəndlərin inkişafına da aiddir. Çalışırıq ki, kənd əhalisinə öz gəlir mənbələrini davamlı surətdə şaxələndirməyə kömək edək və bununla da onların həyat şəraitini yaxşılaşdıraq.
Gələcəyə baxaraq, biz rəqəmsal texnologiyaların istifadəsi, yaşıl və davamlı inkişaf təcrübələrinin təşviqi və regional əməkdaşlığın inkişafı sahəsində əməkdaşlıq və innovasiyalar üçün yeni imkanları araşdırmağı planlaşdırırıq.
- Bakının “yaşıl inkişaf”a nail olmaq, karbohidrogen emissiyalarının azaldılması və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarını necə dəyərləndirirsiniz?
- “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” kimi sənədlərdə təmiz ətraf mühit və “yaşıl inkişaf” ölkənin inkişafının beş prioritet sahəsindən biri kimi müəyyən edilib. Enerji sektoru ölkədə ümumi emissiyaların 80%-ni təşkil edən istixana qazları emissiyalarının ən böyük mənbəyi olmaqda davam edir. İqlim dəyişikliyi üzrə Paris Sazişinə əsasən, ölkə 2030-cu ilə qədər emissiyaları 35%, 2050-ci ilə qədər isə 40%-ə gədər azaltma öhdəliyini götürüb və işğaldan azad edilmiş ərazilərdə “xalis sıfır emissiya” zonası yaradıb.
Onu da qeyd etməliyəm ki, Bərpa Olunan Enerji Aktının qəbulu, hazırda həyata keçirilən irimiqyaslı layihələr ilə birlikdə, bərpa olunan enerjinin payını növbəti illərdə əhəmiyyətli dərəcədə artıracaq. Məqsəd 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin gücünü ölkənin ümumi enerji balansının 30%-nə (hazırda 17%) çatdırmaqdır.
BMT potensialın gücləndirilməsi siyasətini təşviq etməklə və
iqlimə davamlı strategiyaları həyata keçirməklə ölkənin
“yaşıl inkişaf” gündəliyinə keçidini sürətləndirməyə dəstək verir
Bundan əlavə, COP29 Azərbaycana öz tərəqqisini nümayiş etdirmək, beynəlxalq tərəfdaşlarla əlaqə yaratmaq və “yaşıl inkişaf” məqsədlərinə nail olmaq üçün unikal imkanlar yaradır. Bu təşəbbüs və öhdəliklərdən yararlanmaqla Azərbaycan karbohidrogenlərdən asılılığını azalda, daha “yaşıl” və dayanıqlı gələcəyə yol aça bilər.
BMT potensialın gücləndirilməsi siyasətini təşviq etməklə və iqlimə davamlı strategiyaları həyata keçirməklə ölkənin “yaşıl inkişaf” gündəliyinə keçidini sürətləndirməyə dəstək verir. Buraya DİM dialoqu və “Azərbaycanda yaşıl transformasiya” siyasətinin icmalı, “Aşağı emissiyanın inkişafı Strategiyası”nın hazırlanması, su idarəçiliyinin təkmilləşdirilməsi və resursların səmərəli istehsal təcrübələrinin təşviqi daxildir.
Arayış: 2021-ci ilin mart ayında Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Hökuməti arasında “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi” imzalanıb. Sənəd DİM-lərə tam uyğun olmaqla, heç kimin kənarda qalmaması, insan hüquqları, gender bərabərliyi, dayanıqlı inkişaf, davamlılıq və cavabdehlik prinsiplərinə əsaslanır və ərazi bütövlüyünü təmin etmiş ölkəmizin bütün bölgələrində inklüziv sosial-iqtisadi inkişaf prioritetlərini əhatə edir.
Tamilla MƏMMƏDOVA