6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Həyatımıza yeni normalarla davam etməliyik

Ölkədə sərt karantin rejiminin tələblərinin qismən yumşaldılması prosesi çərçivəsində bu gündən bir sıra sahələrdə, o cümlədən ictimai iaşə sektorunda açıq havada müştərilərə xidmət fəaliyyəti bərpa olunub və bunun üçün müəyyən qaydalar müəyyən edilib.

Kafe və restoranların fəaliyyətə başlamasını müsbət qiymətləndirən qida üzrə mühəndis İsa Əliyev bununla bağlı müəyyən edilmiş yeni davranış normalarına əməl olunmasının zəruriliyini vurğulayıb: "Azərbaycanda COVID-19 pandemiyası yayılmağa başlayanda Qida Təhlükəsizliyi Agentliyi bir sıra metodiki göstərişlər və normativlər qəbul edib. Həmin normativlər, əslində, əvvəllər də insan sağlamlığını sadəcə virusdan deyil, eyni zamanda bakterioloji kontaminasiyalardan qoruyan amillər idi. İndiki halda isə əgər bu virus həyatımızda varsa, bir çox Avropa ölkələrində olduğu kimi, biz də yeni normaları qəbul etməklə həyatımıza davam etməliyik".

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2020-ci il avqustun 18-dən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilib. İctimai iaşə obyektlərində, o cümlədən restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə istisna olmaqla) həyata keçirilə bilər. Qərara əsasən, hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq qadağandır. İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, bu məqsədlə müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.

Ekspertin sözlərinə görə, qeyd olunan xidmət obyektlərində sanitar və gigiyenik qaydalara riayət olunması, eyni zamanda ara məsafələrinin qorunması, iaşə obyektlərindəki personalın, xüsusən mətbəxdəki işçilərin, aşpazların maska, bone və əlcəklərdən istifadə etməsi vacibdir. Masalararası məsafənin minimum 2 metrdən, şəxslər arasındakı məsafənin isə 1 metrdən az olmaması tələb edilir: "Güman edirəm ki, uzun müddətdən bəri işləməyən obyektlərin sahibləri və oradakı işçilər bu qaydalara maksimum dərəcədə riayət edəcəklər. Nəzərə alsaq ki, iaşə obyektlərinin bağlanması sahibkarları çox ciddi iqtisadi problemlərlə üz-üzə qoydu, belə olan halda onlar bir daha bu şəkildə qapanmaların tətbiq edilməməsi üçün qaydalara ciddi riayət etmək məcburiyyətindədirlər".

Digər tərəfdən, bu qaydaların sadəcə viral məqsədlər daşımadığını xatırladan ekspert bildirib ki, insanlar bakterioloji kontaminasiyadan da zəhərlənə bilərlər. Bu kimi profilaktik tədbirlər həm də əhalini belə təhlükələrdən qorumuş olur.

Yeri gəlmişkən, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi və digər dövlət qurumları mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirir, sahibkarlarla maarifləndirici söhbətlər aparılır, onlara müvafiq metodiki göstərişlər paylanılır. Qaydaların pozulmasına görə isə qanunvericilikdə xüsusi cəzalar nəzərdə tutulub:

İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərin pozulmasına görə:

  • fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə;

  • vəzifəli şəxslər 3.000 manatdan 4.000 manatadək məbləğdə;

  • hüquqi şəxslər 4.000 manatdan 10.000 manatadək məbləğdə cərimə edilir.

İşin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs cəzası da nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə müəyyən edilmiş tələblərin pozulmasına görə:

  • fiziki şəxslər 100 manat məbləğində;

  • vəzifəli şəxslər 200 manat məbləğində;

  • hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə müəyyən edilmiş tələblərin pozulmasına görə:

  • fiziki şəxslər 200 manat məbləğində;

  • vəzifəli şəxslər 400 manat məbləğində;

  • hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir.

Mövcud şəraitdə cərimə mexanizmi qaçılmazdır. İnsanlar yeni davranış qaydalarını qəbul edənə qədər mümkün olan bütün vasitələrdən istifadə olunmalıdır. İctimai iaşə obyektlərinin fəaliyyəti, əslində, digər seqmentlərdə də sahibkarlıq subyektlərinin yeni dönəmə nə dərəcədə hazırlıqlı olduğunu nümayiş etdirəcək. Əgər sərt karantin rejiminə yenidən qayıtmaq istəmiriksə, - vətəndaşlar, sahibkarlar, - hər birimiz yeni həyat tərzini qəbul etməliyik!

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?