1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkarlara maddi dəstək məqsədilə may ayı üzrə də vəsaitlər köçürülür

Sahibkarlara maddi dəstək məqsədilə may ayı üzrə də vəsaitlər köçürülür

İqtisadiyyat Nazirliyi muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində ödənişlərin birinci mərhələsini başa çatdırıb və mayın 14-dən ikinci ay üzrə ödənişlərə başlanıb. Dövlət tərəfindən bu addımın atılması biznes ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanıb.

Kərəm Səlimli, "Coffee Go" şirkətinin direktoru: "Ötən ay olduğu kimi, may ayında da dövlət tərfindən bizə işçilərin əməkhaqqını ödəmək üçün maddi yardım olundu. Bununla bağlı ölkə başçısına minnətdarlığımı bildirirəm, çünki dövlət tərəfindən olunan yardım sayəsində işçilərimizi ixtisar etmədik, öz biznesimizi saxladıq və işçiləri iki aylıq maaşla təmin etdik".

Elxan Nəcəfov, "Hədəf kursları"nın direktoru: "Koronavirus pandemiyası ilə bağlı zəruri tədbirlərin görülməsindən ən çox zərər çəkən sahələrdən biri də təhsil müəssisələridir. Minnətdarlıq hissi ilə qeyd etməliyəm ki, artıq ikinci aydır hökumət tərəfindən ödənilən yardım paketləri şirkətlərin, xüsusilə də təhsil müəssisələrinin ayaqda durmasında önəmli rol oynayır. Düşünürəm ki, bütün təhsil müəssisələri bu yardımdan faydalanaraq karantin müddətinin bitməsindən sonra öz fəaliyyətlərini normal davam etdirə biləcəklər".

Elməddin Rəhimov, sahibkar: "Azərbaycan dövləti pandemiyanın ölkə iqtisadiyyatına təsirlərini minimallaşdırmaq üçün əhəmiyyətli addımlar atır. Muzdlu işçilərimizin əməkhaqqının ödənilməsinə dəstək məqsədilə aprel və may aylarında dövlətin bizə ayırdığı pulla işçilərin maaşını vaxtında ödədik. Bu çətin dövrdə vətəndaşların yanında olduğunu bir daha nümayiş etdirən dövlətimizin başçısına təşəkkür edirik".

Səbuhi TURAN

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?