1 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi sahibkarın yükünü azaltmış oldu

Prezident İlham Əliyevin "Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramların hazırlanmasını və icra edilməsini biznes ictimaiyyəti böyük razılıqla qarşılayıb.

Rəşad Camalov, "ABC Telecom" MMC-nin maliyyə direktoru: "Ticarət obyektlərinin karantin rejimində bağlı olması orada çalışan bir çox əməkdaşımızın müvəqqəti işsiz qalmasına gətirib çıxarmışdır. Bu əməkdaşlarımızın əməkhaqqının bir hissəsinin dövlət tərəfindən ödənilməsi həm özəl şirkət olaraq bizim yükümüzü azaltmış, həm də əməkdaşlarımızın aprel ayı üzrə əsas tələbatlarının qarşılanmasına yardımçı olmuşdur. Bu çətin dövrdə hökumətin öz vətəndaşlarının və özəl sektorun yanında durmasını alqışlayır və dövlətimizinin başçısına bu təşəbbüsə görə minnətdarlığımızı bildiririk".

Azad Məmmədov "İrşad-İ.R" MMC-nin direktoru: "Pandemiyanın yayılmasına qarşı həyata keçirilən tədbirlərlə bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq, bizim müəssisə də zərərçəkmişlərin arasındadır. Biz pərakəndə satış sahəsində fəaliyyət göstəririk və satış dayandığına görə çətinliklə üzləşdik. Buna görə maliyyə yardımı üçün müraciət etdik və operativ şəkildə dövlətin dəstəyindən yararlandıq. Lazım olan vəsait dərhal müəssisəmizin bank hesabına köçürüldü. Bu nəcib əmələ görə işçilərimiz adından dövlət başçısına təşəkkürümüzü bildiririk".

Elmar Cəfərov, "İndiqo" MMC-nin baş mühasibi: "COVİD-19 virusunun ölkəmizdə geniş yayılmasının qarşısının alınması üçün cənab Prezident tərəfindən müəyyənləşdirilən qabaqlayıcı tədbirlər çərçivəsində sahibkarlara və vətəndaşlara dəymiş ziyanın qarşısının alınması məqsədilə maddi və mənəvi dəstək verilib. Şirkətimizə göstərilən maddi dəstəyə görə ölkə rəhbərliyinə kollektivimiz adından dərin minnətdarlığımızı bildiririk. Bu addımın atılması ölkəmizdə düzgün iqtisadi siyasətin aparıldığını bir daha sübut edir".

VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi?