1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkarlığın inkişafına dəstək verilməsi müsbət qiymətləndirilir

Sahibkarlığın inkişafına dəstək verilməsi müsbət qiymətləndirilir

Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsinin şəffaflığını təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahılarını açıqlayıb. Proqram çərçivəsində dəstək alan sahibkarlar çətin günlərdə dövlətin onların yanında olmasından qürur duyduqlarını vurğulayırlar.

Eldar Paşayev, "Elay Holdinq" MMC-nin direktoru: "Koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan iqtisadiyyatına və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər çərçivəsində sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, müəssisələrdə çalışan işçilərin əmək haqlarının ödənilməsi iş adamları üçün çox böyük əhəmiyyət kəsb edir. Bizim müəssisənin aldığı maddi dəstək sayəsində işçilərin əmək haqlarının ödənilməsinə nail olduq. Bu, koronavirusdan sonrakı dövrdə fəaliyyətimizi bərpa etmək üçün zəmin yaradır. Dövlətin göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına və müvafiq hökumət qurumlarına minnətdarlığımızı bildiririk".

Elvin Mərdanov, VMF şirkətinin maliyyə departamentinin rəhbəri: "Son dövrlərdə bəşəriyyət böyük bir sınaqla - gözlənilməyən pandemiya ilə üz-üzə qalıb. Ölkəmiz də bu ümumbəşəri bəlanın yaratdığı fəsadlarla qarşılaşıb. Lakin ölkə başçımızın vaxtında verilmiş qərarları sayəsində bu sınaqdan da üzüağ çıxacağımıza inanırıq. Dövlət başçısı tərəfindən verilmiş qərarlarla sahibkarlardan tutmuş sıravi vətəndaşadək hər kəsə maliyyə dəstəyinin göstərilməsi tədqirəlayiq hal olmaqla, dövlətin çətin anlarda xalqının yanında olduğunu bir daha nümayiş etdirir. Pandemiya dövründə fəaliyyəti dayandırılan şirkətlərə əməkdaşlarının əməkhaqqının ödənilməsi üçün verilmiş maddi yardımı xüsusi qeyd etmək lazımdır. Bütün bunlar cəmiyyətdə dövlətə, dövlət başçısına və onun liderliyi ilə daha böyük uğurlar əldə edəcəyimizə inamı daha da artırır. Ölkə başçısı başda olmaqla, pandemiya dövründə xəstəliyin artmasının qarşısının alınmasında, həmçinin zərər çəkmiş sahələrə və şəxslərə maddi maliyyə dəstəyinin ayrılmasında təşəbbüsü, əməyi və dəstəyi olan hər kəsə VMF şirkəti adından və öz adımdan dərin təşəkürümü bildirirəm".

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?