Eldar Paşayev, "Elay Holdinq" MMC-nin direktoru: "Koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan iqtisadiyyatına və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər çərçivəsində sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, müəssisələrdə çalışan işçilərin əmək haqlarının ödənilməsi iş adamları üçün çox böyük əhəmiyyət kəsb edir. Bizim müəssisənin aldığı maddi dəstək sayəsində işçilərin əmək haqlarının ödənilməsinə nail olduq. Bu, koronavirusdan sonrakı dövrdə fəaliyyətimizi bərpa etmək üçün zəmin yaradır. Dövlətin göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına və müvafiq hökumət qurumlarına minnətdarlığımızı bildiririk".
Elvin Mərdanov, VMF şirkətinin maliyyə departamentinin rəhbəri: "Son dövrlərdə bəşəriyyət böyük bir sınaqla - gözlənilməyən pandemiya ilə üz-üzə qalıb. Ölkəmiz də bu ümumbəşəri bəlanın yaratdığı fəsadlarla qarşılaşıb. Lakin ölkə başçımızın vaxtında verilmiş qərarları sayəsində bu sınaqdan da üzüağ çıxacağımıza inanırıq. Dövlət başçısı tərəfindən verilmiş qərarlarla sahibkarlardan tutmuş sıravi vətəndaşadək hər kəsə maliyyə dəstəyinin göstərilməsi tədqirəlayiq hal olmaqla, dövlətin çətin anlarda xalqının yanında olduğunu bir daha nümayiş etdirir. Pandemiya dövründə fəaliyyəti dayandırılan şirkətlərə əməkdaşlarının əməkhaqqının ödənilməsi üçün verilmiş maddi yardımı xüsusi qeyd etmək lazımdır. Bütün bunlar cəmiyyətdə dövlətə, dövlət başçısına və onun liderliyi ilə daha böyük uğurlar əldə edəcəyimizə inamı daha da artırır. Ölkə başçısı başda olmaqla, pandemiya dövründə xəstəliyin artmasının qarşısının alınmasında, həmçinin zərər çəkmiş sahələrə və şəxslərə maddi maliyyə dəstəyinin ayrılmasında təşəbbüsü, əməyi və dəstəyi olan hər kəsə VMF şirkəti adından və öz adımdan dərin təşəkürümü bildirirəm".