1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan dövləti sahibkarlara dəstək proqramlarını gücləndirir

Azərbaycan dövləti sahibkarlara dəstək proqramlarını gücləndirir

Dünyada koronavirus artıq tibbi-bioloji problem çərçivəsindən çıxaraq bəşəriyyəti təhdid edir, çox ciddi iqtisadi, sosial, psixoloji və s. problemlər meydana çıxarır. Azərbaycanda pandemiya bir sıra ölkələrdə olduğu kimi, "qırmızı xətti" keçməsə də, ölkəmizdə pandemiyanın yaratdığı böhranlı vəziyyətdən az itki ilə çıxmaq və postpandemiya dövrünə yaxşı hazırlamaq məqsədilə xüsusi karantin qaydaları tətbiq olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planı üç istiqaməti - iqtisadi artıma və sahibkarlığa dəstəyi, məşğulluq və sosial rifaha dəstəyi, makroiqtisadi və maliyyə sabitliyini əhatə edir.

Əli Məmmədov, "TETEKA TRANSPORT" ASC-nin direktoru: "Pandemiya şəraitində əhalinin sağlamlığının, eləcə də təhlükəsizliyinin qorunması üçün iqtisadiyyatın bir sıra sahələrində xüsusi iş rejiminin tətbiqi və sosial təcrid şəraitində iqtisadiyyatda baş verə biləcək neqativ halların qarşısını almaq üçün Azərbaycan dövləti sahibkarlara dəstək proqramlarını gücləndirir.

Pandemiyadan zərər çəkmiş müəssisələr arasında bizim müəssisə də var. Müəssisəmiz yükdaşıma nəqliyyatı sahəsində çalışır. Ölkə başçısının tövsiyəsi ilə müəssisəmizdə heç bir işçinin fəaliyyətinə xitam verilməmişdir.

İşçilərin məvaciblərinin ödənilməsi məqsədilə maliyyə yardımı üçün müraciət etdik və dərhal vəsait müəssisənin bank hesabına köçürüldü. Dövlət başçısının sahibkarlara dəstəyindən yararlanan bir müəssisənin rəhbəri kimi bütün işçilərimiz adından dövlətimizin başçısına, Prezidentə və hökumətimizə dərin təşəkkür edirəm".

Arif Vəliyev, fiziki şəxs: "Ölkəmizdə yeni növ koronavirus ( COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə, dövlət rəhbərliyinin göstərişi ilə aparılan qabaqlayıcı tədbirlər öz nəticəsini göstərməkdədir və buna görə atılan addımlar təqdirəlayiqdir.
Mən bir sahibkar kimi sosial məsuliyyətimi dərk edərək cənab Prezidentin çağırışlarını dəstəkləyirəm. Karantin rejimində dövlətin maliyyə yardımı ilə işçilərimizin əməkhaqqını tam olaraq ödəmişik.

İndiki mürəkkəb şəraitdə çətinlik çəkən sahibkarlara dövlətdən maliyyə dəstəyinin verilməsi, insanların sosial həmrəyliyə dəvət edilməsi dövlət-vətəndaş birliyini əks etdirir. Azərbaycan dövləti həmişə xalqın yanında, sahibkarın zəhmətkeşin yanındadır. Bu gün də dövlətin xalqa olan sevgisini və səmimiyyətini hamımız görürük.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?