Əli Məmmədov, "TETEKA TRANSPORT" ASC-nin direktoru: "Pandemiya şəraitində əhalinin sağlamlığının, eləcə də təhlükəsizliyinin qorunması üçün iqtisadiyyatın bir sıra sahələrində xüsusi iş rejiminin tətbiqi və sosial təcrid şəraitində iqtisadiyyatda baş verə biləcək neqativ halların qarşısını almaq üçün Azərbaycan dövləti sahibkarlara dəstək proqramlarını gücləndirir.
Pandemiyadan zərər çəkmiş müəssisələr arasında bizim müəssisə də var. Müəssisəmiz yükdaşıma nəqliyyatı sahəsində çalışır. Ölkə başçısının tövsiyəsi ilə müəssisəmizdə heç bir işçinin fəaliyyətinə xitam verilməmişdir.
İşçilərin məvaciblərinin ödənilməsi məqsədilə maliyyə yardımı üçün müraciət etdik və dərhal vəsait müəssisənin bank hesabına köçürüldü. Dövlət başçısının sahibkarlara dəstəyindən yararlanan bir müəssisənin rəhbəri kimi bütün işçilərimiz adından dövlətimizin başçısına, Prezidentə və hökumətimizə dərin təşəkkür edirəm".
Arif Vəliyev, fiziki şəxs: "Ölkəmizdə yeni növ koronavirus ( COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə, dövlət rəhbərliyinin göstərişi ilə aparılan qabaqlayıcı tədbirlər öz nəticəsini göstərməkdədir və buna görə atılan addımlar təqdirəlayiqdir.
Mən bir sahibkar kimi sosial məsuliyyətimi dərk edərək cənab Prezidentin çağırışlarını dəstəkləyirəm. Karantin rejimində dövlətin maliyyə yardımı ilə işçilərimizin əməkhaqqını tam olaraq ödəmişik.
İndiki mürəkkəb şəraitdə çətinlik çəkən sahibkarlara dövlətdən maliyyə dəstəyinin verilməsi, insanların sosial həmrəyliyə dəvət edilməsi dövlət-vətəndaş birliyini əks etdirir. Azərbaycan dövləti həmişə xalqın yanında, sahibkarın zəhmətkeşin yanındadır. Bu gün də dövlətin xalqa olan sevgisini və səmimiyyətini hamımız görürük.