11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyi və "Azərmaş" ASC-nin yeni sosial təşəbbüsü - "Həmrəylik göstərək! Dəstək olaq!"

Koronavirus (COVID-19) infeksiyasının yayılma riskinin azaldılması üçün sosial izolyasiya və profilaktik tədbirlər davam etdirilir. Dövlət qurumları və biznes dairələri bu tədbirlərdə fəal iştirak edirlər.

Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizəyə dəstək çərçivəsində İqtisadiyyat Nazirliyi və "Azərmaş" ASC birgə əməkdaşlıq çərçivəsində üçüncü sosial layihəyə start verirlər. Layihəyə əsasən, koronavirus pandemiyası müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarının pandemiyanın aradan qaldırılması ilə bağlı tədbirlər çərçivəsində xidməti fəaliyyətinin təmin olunmasına kömək göstərilməsi üçün xüsusi avtomobillər ayrılıb. Bu avtomobillər kiçik həcmli yüklərin daşınmasında da mərkəzi və yerli icra hakimiyyəti orqanlarına ödənişsiz dəstək göstərəcək.

"Azərmaş" ASC sosial məsuliyyət nümayiş etdirərək, bu məqsədlə 100 avtomobil və sürücü ayırıb. Sürücülər antiseptik məhsullar və lazımi qoruyucu vasitələrlə təmin olunublar. Bütün avtomobillər gündəlik dezinfeksiya edilir.

Xidmət müddəti: (şənbə və bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları zəruri ehtiyaclar üçün bu nömrələrlə əlaqə yarada bilərlər:

Telefonlar: +994 55 300 73 82

WhatsApp üçün: +994 55 300 73 70

Məlumat üçün bildiririk ki, İcbari Tibbi Sığorta Agentliyinin ehtiyacları üçün "Azərmaş" ASC tərəfindən əlavə olaraq 100 avtomobil və sürücü (ödənişsiz qaydada) ayrılıb. Avtomobillər yaşı 65-dən yuxarı olan vətəndaşların ehtiyaclarının evdən çıxmadan ödənilməsinə kömək göstərilməsi üçün həyata keçirilən sosial dəstək layihəsi çərçivəsində fəaliyyət göstərir. Beləliklə, koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı aparılan preventiv tədbirlərə "Azərmaş" ASC tərəfindən ümumilikdə 300 avtomobil və sürücü ayrılıb.

Qeyd edək ki, "Azərmaş" ASC Azərbaycanda avtomobil sənayesinin inkişafı məqsədilə 15 noyabr 2017-ci il tarixində yaradılıb. Səhmdar cəmiyyəti rəqabətqabiliyyətli minik və kommersiya avtomobilləri, onların ehtiyat hissələrinin istehsalı ilə məşğuldur. Milli iqtisadiyyatın qeyri-neft sektorunda önəmli rol oynayan ASC-nin tərkibinə Neftçalada Avtomobil İstehsalı Zavodu, "GM Özbəkistan" və "GAZ qrup Rusiya" avtomobil zavodları, kabel istehsalı zavodu, lokallaşdırma müəssisələri, lizinq şirkətləri, servis və ehtiyat hissələrinin satış mərkəzləri daxildir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?