17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rayonlara gediş-gəlişin bərpası turizmə canlanma gətirəcək

Rayonlara gediş-gəlişin bərpası turizmə canlanma gətirəcək

Bu gündən açılan daxili sərhədlər Azərbaycanın pandemiyadan ziyan çəkmiş turizm sənayesinə canlanma gətirəcək.

Bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə deyib.

DTA rəsmisi söyləyib ki, yalnız Azərbaycanda deyil, bütün dünyada turizm sənayesi pandemiya dövründə ən çox ziyan çəkən sahədir.

“Bu ilin yalnız mart-iyul aylarında turizm sektorunda yaranan əlavə dəyər göstəriciləri ötən illə müqayisədə 4 dəfə az olub. Nəticədə turizm sektorunun ölkə iqtisadiyyatındakı xüsusi çəkisi fevral ayında 2,6 faiz olduğu halda, mayda bu göstərici 1,4 faizə enib. Bu gündən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan rayonlara gediş-gəliş açıldığı üçün hesab etmək olar ki, Azərbaycanda daxili turizm faktiki olaraq, bərpa edilir. Ancaq daxili turizmin bərpası müəyyən şərtlərlə həyata keçirilir. Burada da əsas məsələ insanların sağlamlığının qorunmasını təmin etməkdir. Biz vətəndaşlara müraciət edirik ki, karantin qaydalarının yumşaldılmasından sonra yenidən sərtləşdirmənin olmaması üçün vacib olan qaydalara əməl etsinlər”, - deyə K.Quluzadə vurğulayıb.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?