26 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İşəgötürənlər yeni iş yerləri barədə məlumatları ən geci 5 iş günü ərzində vakansiya bankına daxil etməlidirlər

İşəgötürənlər yeni iş yerləri barədə məlumatları ən geci 5 iş günü ərzində vakansiya bankına daxil etməlidirlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlər üçün "Məşğulluq" altsisteminin (MAS) təqdimatı keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, 35 müəssisənin nümayəndələrinin iştirak etdiyi tədbirdə altsistem, ondan istifadə, MAS-dakı "Vakansiya bankı", MAS-dan istifadə qaydası barədə məlumat verilib.

Təqdimat mərasimində bildirilib ki, işəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları "Məşğulluq haqqında" Qanuna əsasən ən geci 5 iş günü müddətində vakansiya bankına daxil etməlidirlər. Bunun üçün onlar e-sosial.az ünvanına (yaxud e-gov.az ünvanına) daxil olmalı, "e-Xidmətlər" bölməsində "Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi" elektron xidmətini seçməlidirlər. Bundan sonra "Vakansiyalar" bölməsindəki "Yeni vakansiya" altbölməsində vakant iş yeri barədə məlumatlarını daxil etməlidirlər. Sonda isə "Yadda saxla" düyməsini sıxmalıdırlar.

Tədbirdə həmçinin işəgötürənlərin "Məşğulluq" altsistemi ilə bağlı sualları cavablandırılıb.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?