19 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sınaq müddəti ilə bağlı Əmək Məcəlləsində dəyişiklik edilib

Prezident İlham Əliyev Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov dəyişiklikləri “vergiler.az”a şərh edib:

Əmək Məcəlləsinin 51-ci maddənin 1-ci hissəsinə yeni redaksiyada dəyişiklik edilib: “Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir”.

Bu vaxta qədər qüvvədə olan qanunvericiliyə görə, əmək müqaviləsi sınaq müddəti müəyyən edilməklə bağlanılırdısa, bu müddət 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilə bilərdi. Dəyişiklikdən sonra altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə sınaq müddətinin müəyyən edilməsi tələbi qanunvericiliyə daxil edilib. Başqa sözlə, 6 ay müddətinə bağlanan əmək müqavilələrində sınaq müddəti 2 həftədən artıq nəzərdə tutula bilməz.

Qeyd etmək lazımdır ki, əmək müqaviləsi bağlanılan zaman sınaq müddətinin müəyyən edilib-edilməməsi işəgötürənin hüququ olsa da, qanunvericilik bəzi kateqoriya şəxslərlə əmək müqaviləsi bağlanılan zaman müqavilədə sınaq müddəti müəyyən edilməsini qadağan edir. Bunlar aşağıdakılardır:

  • yaşı 18-dən az olan şəxslərlə;

  • müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;

  • hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərlə;

  • təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərlə;

  • ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərlə;

  • iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərlə.

Onu da vurğulamaq lazımdır ki, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Həmin müddət bitənədək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. Həmin andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə xitam vermək üçün işəgötürən tərəfindən əsaslandırılmış əmr verilməlidir.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?